"Qəbələ"nin "Alkmaar"la oyunlarının vaxtı dəqiqləşdi

15:36 - 9 Sentyabr 2021

“Qəbələ”nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün 1-ci mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparacaq Qəbələ təmsilçisi Niderland “Alkmaar”ı ilə qarşılaşacaq.

 

Sentyabrın 29-dakı ilk görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 17:00-da başlayacaq.

 

Cavab qarşılaşması oktyabrın 19-da təşkil olunacaq. Matç “AZ Təlim-Məşq Mərkəzi”ndə olacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

Bu cütün qalibinin növbəti rəqibi “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) matçında müəyyənləşəcək. 

Xəbər xətti