"Qarabağ"ın Konfrans Liqasının H qrupundakı rəqibləri “Kayrat” və “Omoniya” klublarının oyunu azarkeşsiz keçirilə bilər.
Sportal.az xəbər verir ki, Qazaxıstan klubu “Omoniya” ilə görüşdə azarkeş dəstəyindən məhrum ola bilər. Almatı klubu matçın azarkeşlərlə keçirilib-keçirilməyəcəyi barədə qərarının verilmədiyini xəbər verib.
"Kayrat" rəsmi "feysbuk" səhifəsində məsələ haqda bunu yazib:
"Problemi həll etmək üçün əlimizdən gələni edirik. Son qərarı Almatı şəhərinin baş dövlət sanitar həkimi Bekşin verəcək".
