Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna baş tutmayan keçidi barədə həm o vaxt məxsus olduğu “Sabah” klubunun, həm də futbolçunun özünün mövqeyi açıqlanmışdı. Hadisələrin sonrakı mərhələsində “Sabah” qaydalara uyğun olaraq futbolçuya azad agent statusu verdi, Bəhlul da öz növbəsində “Qarabağ”a keçdi.
İndi həm “Sabah”, həm də futbolçu “Əl-Əyn”dən təzminat almaq fikrindədir. Buna səbəb “Əl-Əyn”in heç bir əsas olmadan 3 illik müqaviləni pozmasıdır. Bu qalmaqallı məsələ ilə bağlı yeni xəbər var. Sportal.az saytının əldə etdiyi məlumata görə, "Sabah" klubu FİFA-ya müraciət edib. Prosesin gedişatı barədə məlumat verəcəyik. Gözlənilən odur ki, FİFA "Sabah"ın şikayətini təmin edəcək. Lakin qərarın çıxmasına hələ çox vaxt var. Adətən belə proseslər bir müddət davam edir.
saytlarin hazirlanmasi