Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ”da ilbəil səviyyəsini artıran və “Legiya”ya keçidindən sonra da inamlı çıxış sərgiləyən Mahir Emreli azarkeşlərimizə sevinc bəxş eləyir. Nəhayət ki, bizim də Avropada vuran ayağımız peyda olub.
Lakin bir müddət əvvəl “Legiya”nın baş məşqçisi Çeslav Mixneviçin Mahir barədə danışarkən “O, deyir ki, böyüdüyü Azərbaycanda futbol oynamağı özü öyrənib, bu gün onun üçün çox şey yenidir” fikrini səsləndirməsi Emrelinin üzərində əməyi olanlar üçün xoş deyil. Ola bilər ki, Mahir fikrini düşündüyü kimi izah eləyə bilməyib. Lakin reallıq odur ki, həm Mahir, həm də digərlərinin inkişafı üçün ölkəmizdə xeyli əziyyət çəkilib.
Sportal.az xəbər verir ki, hər həftənin bazar ertəsi ATV telekanalında efirə gedən “Futbolumuz” verilişində bu mövzuda da müzakirələr aparılıb.
saytlarin hazirlanmasi