“Benfika” yetirməsi olan Gilson Koştanın “Neftçi”yə keçmək ehtimalı olması barədə xəbər vermişdik.
Sportal.az saytına daxil olan məlumata görə, San Tome və Prinsipidən olan 24 yaşlı dayaq yarımmüdafiəçi təkcə “Neftçi”yə təklif edilməyib.
Onun Azərbaycan Premyer Liqasında çıxış edən digər komandalarla da adı hallanır. Belə ki, futbolçunu “Səbail”, “Keşlə” klublarına da təklif edilib. Gilsonun klublarımızdan biri ilə ortaq məxrəcə gəlib-gəlməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.
San Tome və Prinsipidən olsa da, Portuqaliyanın U-18, U-19 və U-20 yığmalarında çıxış etmiş Gilson “Aruka”, “Boavişta”, “Eştoril”, “Doxa” klublarında oynayıb.