Millinin sabiq üzvü ölkəsinə qayıtdı

17:44 - 10 Sentyabr 2021

Yunanıstan millisinin sabiq futbolçusu Kiryakos Papadopulos karyerasını ölkəsində davam etdirəcək.

Sportal.az xəbər verir ki, 29 yaşlı müdafiəçi "Atromitos"a keçib.

O, Afina təmsilçisi onunla 1 illik müqaviləyə qol çəkib.

​Bir müddət əvvəl Səudiyyə Ərəbistanının “Əl-Feyha” klubundan ayrılmış müdafiəçi azad agent statusuna yiyələnmişdi.

Futbolçu daha çox “Şalke”, “Bayer”(Leverkuzen), “Leypziq”, “Hamburq” klublarındakı çıxışları ilə tanınır. 

Xəbər xətti