2020/2021 mövsümündə “Neftçi”nin heyətində Azərbaycan çempionluğunu yaşamış Bruno Teluşi Albaniyada oynayacaq.
Sportal.az saytını məlumatına görə, “ağ-qaralar”a lazım olmayan futbolçu ölkəsinə qayıdıb.
Bir ara “Zirə” ilə adı hallanan yarımmüdaifəçi Albaniya çempionatının debütantı olan “Eqnatiya” ilə anlaşıb.
