"Neftçi" və "Qarabağ" arasındakı keçirilən matçlar son 10 ildə maraqla gözlənilən derbi olub. Yaxşı derbidi, hər 2 komanda da çox yaxşı durumdadı. Həqiqətən də bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” matçı çox maraqlı alınacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Branimir Subaşiç deyib.
Karyerası ərzində “Neftçi” və “Qarabağ” klublarında da oynamış serbiyalı futbolçu 2 komanda arasında keçirilən əvvəlki matçları da xatırlayıb:
"Təbii ki, əvvəlki illərdə də oyunlar maraqlı və gərgin keçirdi. Mən “Neftçi”də oynayanda da “Qarabağ” yaxşı komanda idi. Amma düzü, indiki səviyyədə deyildi. Son 10 ildə isə daha yaxşı səviyyəyə gəldilər. Görək də bugünki matç necə alınacaq. Özüm üçün də çox maraqlı gəlir, baxacam oyuna. Bugünki matçda "Neftçi"yə azarkeşlik edəcəm".
saytlarin hazirlanmasi