Nəbiyev "Viktoriya Jijkov"u məğlubiyyətdən xilas edə bilmədi

17:29 - 12 Sentyabr 2021

Çexiya birinci divizionunda 7-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya Jijkov” öz meydanında “Vişkov”u qəbul edib.

​Nəbiyevin start heyətində meydana çıxdığı görüşdə “Viktoriya Jijkov” 1:4 hesabı ilə uduzub. Nəbiyev fasilədə əvəzlənib. Hazırda həmyerlimizin komandası 7 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti