"Liverpul"un futbolçusunun ayağı sındı

12:25 - 13 Sentyabr 2021

İngiltərənin “Liverpul” klubunun futbolçusu Harvi Elliot ciddi zədə alıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın 3-cü turunda "Lids Yunayted"lə keçirilən oyunda 18 yaşlı yarımmüdafiəçinin ayağı sınıb. Onun mövsümün sonuna qədər meydana çıxmayacağı bildirilir.

 

Qeyd edək ki, "Lids Yunayted" - "Liverpul" qarşılaşması qonaqların 3:0 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti