"Mançester Siti" həbsdə olan futbolçusu haqda hansı qərarı verdi?

"Mançester Siti"nin rəsmi internet onlayn mağazasından Benjamin Mendi ilə bağlı olan bütün məhsulları silib.

Sportal.az xəbər verir ki, fransız 2020-2021-ci illər arasında 4 təcavüz işi ilə ittiham olunur.

Futbolçunun profili saytda mövcud olsa da, Mendi və ya Benjamin Mendi adı ilə onlayn mağazada axtarışlar heç bir fayda vermir.

"Şəhərlilər"in futbolçusunun növbəti məhkəmə prosesi noyabrın 15-də baş tutacaq.

İş üzrə məhkəmə iclası isə 2022-ci il, yanvarın 24-də keçiriləcək. O vaxta qədər isə Mendi həbsdə qalacaq. “Mançester Siti” isə istintaq müddətinə görə futbolçunu məşqlərdən kənarlaşdırmışdı. 

Tarix: 14 Sentyabr [13:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio