Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqiblərindən olan "Omoniya"nın baş məşqçisi Henninq Berq yerli mətbuata açıqlama verib.
Sportal.az xəbər verir ki, norveçli mütəxəssis komandasının "Kayrat"la oyunundan əvvəl danışarkən "Qarabağ" haqda da fikirlərini bildirib:
"Bazel" bir müddət əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynadı. Çox yaxşı komandadı. “Qarabağ” daima Avropa Liqasının qrup mərhələsində çıxış edir. Bir müddət əvvəl onlar Kipr təmsilçilərilə oynamışdı. Bu mənada, “Qarabağ”ı digər komandalardan daha yaxşı tanıyırıq. “Kayrat” tanınmış klub olmasa da, Qazaxıstan çempionudu, yaxşı komandadı. Qrupda qalib gələ bilməyəcəyimiz komanda yoxdu. “Qarabağ” “Omoniya” səviyyəsində komandadı. “Kayrat”ın hansı səviyyədə olmasına baxmalıyıq”.
Berqin fikrincə, onlar daha güclü turnirdə çıxış edə bilərmiş: “Avropa Liqasının qrup mərhələsinə düşsəydik, daha güclü komandalarla oynayardıq. Ancaq Konfrans Liqasındakı komandalar da güclüdü. Bütün oyunlarda qalib gəlmək mümkünsüzdü. Lakin biz əlimizdən gələni edəcəyik. Şübhəsiz ki, Kipr çempionatı bizim üçün prioritetdi. Amma avrokuboklarda çıxış edirsinizsə, ən yaxşısını etməyə çalışırsınız. Balans tapmalyıq. Bizi qarşıda sıx qrafik gözləyir, 3-4 gündən bir oynayacağıq. Bu da yaxşı haldı".