"Çelsi" ispanla müqavilə imzalayacaq

11:54 - 15 Sentyabr 2021

"Çelsi" 32 yaşlı futbolçusu Sesar Aspilikueto ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportal.az xəbər verir ki, klub ispaniyalıya daha 1 illik müqavilə təklif edəcək.

2012-ci ildə London klubuna keçmiş ispan “Marsel” və “Osasuna”da çıxış edib. “Zadəganlar”ın heyətində 2 dəfə İngiltərə çempionu, 1 dəfə Çempionlar Liqası, 1 dəfə Avropa Liqası və Superkubokunun qalibi olmuş Aspilikuetanın transfer dəyəri 13 milyon avro kimi dəyərləndirilir.

Xəbər xətti