Şevçenko MLS-də çalışa bilər

14:28 - 15 Sentyabr 2021

MLS liqasında mübarizə aparan 3 klub Ukrayna milli komandasının sabiq çalışdırıcısı Andre Şevçenkoya “elçi” düşüb.

Sportal.az xəbər verir ki, artıq danışıqlar başlayıb. Lakin Şevçenko ilə maraqlanan 3 klubun hansı olması barədə açıqlanmayıb. 

2016-cı ildən Ukrayna millisini çalışdırmış Şevçenko millini tərk etmək istəmədiyini bildirmişdi. Sadəcə UFF-ın prezidenti Andrey Pavelko Şevçenko ilə yeni müqavilə şərtləri haqda danışmayıb.

Andreyin gedişindən sonra isə millini Aleksandr Petrakov çalışdırmağa başlayıb.

Xəbər xətti