"Barselona"nın ən pis nəticəsi

15:35 - 15 Sentyabr 2021

“Barselona”  Çempionlar Liqasındakı ardıcıl 3 ev oyununda məğlub olmaqla antirekorda düçar olub. 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi son olaraq evdə “Bayern”ə 0:3 hesabı ilə uduzub. Komanda 2021-ci ilin yanvarında Fransa PSJ-si ilə görüşdən, 2020-ci dekabrında isə İtaliya “Yuventus”u ilə qarşılaşmadan məyus ayrılıb.

“Barselona” bu matçlarda müvafiq olaraq 1:4 və 0:3 hesabları ilə üzləşib.

Xəbər xətti