Qurban Qurbanov: "Sabahkı oyunda bizim üçün kollektiv oyun çox vacibdi"

17:27 - 15 Sentyabr 2021

"Qarabağ" Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk turunda İsveçrənin "Bazel" klubunu qəbul edəcək.

 

Sportal.az xəbər vrir ki, oyundan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavalandırıb:

 

"Sabah Konfrans Liqasında ilk oyunumuza çıxacağıq. Biz həmişə qrupda oynamağı istəmişik, xoşlamışıq. Bu, tam başqa bir turnirdi. Belə oyunlarda həmişə özümüzü yaxşı tərəfdən göstərməyə çalışmışıq. İnanıram ki, futbolçularım sabah yaxşı komandaya qarşı ağıllı və düzgün oyun göstərəcək. Son vaxtlar İsveçrə futbolu tam başqa səviyyəyə gəlib, çıxıb. Həm milliləri, həm də klubları çox inkişaf edib. Dünən də “Yanq Boyz”un oyununu hamınız gördüz.

 

- “Bazel”in heyətində Artur Kabral kimi təhlükəli oyunçu var. Onu zərərsizləşdirməyin yolunu tapmısız?
- Bu komanda çox sürətli, dinamik futbol oynayır. Müdafiədən hücuma çox tez çıxır. Biz analiz edəndə hər komandanın oyun stlinə fikir veririk, sonra ayrı-ayrı oyunçulara keçirik. Sabahkı oyunda bizim üçün kollektiv oyun çox vacibdi. Kabral cərimə meydançasında çox təhlükəlidi. Oyunçularımız onu yaxından tanıyacaqlar.

 

- Komandanız “Neftçi” ilə oyunda çox güc sərf etdi. Futbolçular bərpa oluna bilib?
- Bəli, oyunçular çox güc sərf elədi. Amma istərdim ki, çempionatımızda bütün oyunlar belə tempdə keçsin. “Neftçi” ilə matçda futbolçuların çox güc sərf etməsinin səbəblərindən biri də stadionun ot örtüyü idi. Düzdü, ölkədə stadionların çoxu bu vəziyyətdədi. Komandada bir az yorğunluq var. Bərpa üçün bir gün əlavə vaxtımız olsaydı, daha yaxşı idi. Belə olanda futbolçuların durumuna uyğun məşq edirik. Sabah səhər də məşqimiz var. Konfrans Liqasında ilk oyunumuzdu. Buna görə də yorğunluq barədə çox düşünmək olmaz. İllədi bu cür qrafikdə oynayırıq. İnanıram ki, komanda sabahkı oyuna tam hazır olacaq.

 

- “Neftçi” ilə oyundan sonra milli komandadan qayıdan futbolçuların performansından razı qaldığınızı demişdiz. Hazırda onların durumu necədi?
- Mən millinin oyunundan sonra futbolçuların psixoliji durumundan daha çox narahat oluram. İllərdi “Qarabağ”ın futbolçuları digərlərindən çox oyun keçirir. Mənim üçün futbolçuların istirahət etməkləri həmişə önəmlidi. Avrokuboklarda olmayanda çempionat oyunları bizim üçün rahat olur. Amma buna baxmayaraq futbolçularım bütün turnirlərdə özlərini yaxşı göstərməyə çalışıblar.

 

- Sizcə, İbrahima Vadji axtardığınız hücumçudu?
- Vadji “Neftçi”yə qarşı çox yaxşı oyun göstərdi. Amma bu o demək deyil ki, o, bu gün bizim istədiyimiz oyunu göstərir. Vadjinin komandaya daha yaxşı uyğunlaşması üçün hər şey edəcəyik. Tam fərqli komandaya, fərqli çempionata gəlib. Bu gün fiziki gücündən, sürətindən, qol vurmaq istəyindən razıyam. Bəzi komponentlər var ki, onları yaxşılaşdırmalıyıq.  Bu gün komandada olan hamıya çox güvənirəm. Hər futbolçu ilə fərdi söhbətlərim olur.

 

- Oyun günü edilən məqlərdə nəyə önəm verirsiz?
- Sıx qrafikdə olanda vaxtımız az olur. Bir günün içində bütün istədiklərimiz edə bilmirik. Buna görə də oyunun hazırlığının bir hissəsini bu gün, qalanını sabah edəcəyik. Bir də ki, gec saatlarda olanda oyun günü futbolçuların tonusdan düşməməsi üçün məşqimiz olur.

Xəbər xətti