Mahir Emreli Rusiyada qələbəyə sevindi

20:28 - 15 Sentyabr 2021

Bu gün milli komandamızın şərəfini qoruyan Mahir Emrelinin çıxış etdiyi “Legiya” Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda “Spartak”ın qonağı olub.

Sportal.az xəbər verir ki, start heyətində meydana çıxan Emreli oyunun 82-ci dəqiqəsində əvəzlənib.

​“Legiya” isə Moskvadan qələbə ilə ayrılmağı bacarıb. Belə ki, polşalıların qələbə qolunu 90+1-ci dəqiqədə Lirim Kastrati vurub.

Xəbər xətti