"Bavariya" milli üzvü ilə müqavilə imzaladı

11:56 - 16 Sentyabr 2021

Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi yarımmüdafiəçi Leon Qoretska ilə yeni sözləşmə imzalayıb. Almaniya milli komandasının üzvü 2026-cı ilin yayına kimi "Bavariya"da çıxış edəcək.

 

Qeyd edək ki, Leon Qoretska "Bavariya"ya 2018-ci ildə "Şalke"dən transfer olub. 26 yaşlı yarımmüdafiəçi son mövsümdə meydana çıxdığı 32 matçda 8 qol, 8 asistlə yadda qalıb.

Xəbər xətti