PSJ-nin ulduzu zədələndi

14:41 - 16 Sentyabr 2021

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1-ci turu çərçivəsində “Brügge”yə (1:1) qarşı oynanılan görüşdə zədələnən Kilian Mbappe haqda danışıb.

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis fransalı ulduz barədə bunları deyib: “Mbappe ayaq biləyindən zədə alıb. İndi lap dəqiq məlumatımız yoxdu. Bu gün onun zədəsi barədə daha dəqiq məlumatımız olacaq”.

Xəbər xətti