"Nəhayət ki, klubun simvolu qol vurdu"

16:18 - 16 Sentyabr 2021

“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinan “Arsenal”ın bu mövsüm İngiltərə Premyer Liqasındakı çıxışını dəyərləndirib.

Sportal.az xəbər verir ki, ingiltərəli veteran futbolçu “topçular”ın hazırda 16-cı pillədə qərarlaşmasına isə bu cür münasibət bildirib:

​“Arsenal” üçün ən önəmli olan, nəhayət ki, klubun simvolu, Aubameyanqın qol vurmasıdı. Əgər o, yaxşı oynayıb, qollar vuracaqsa, “Arsenal” turnir cədvəlində yüksələcək. Yeni müqavilə imzaladıqdan sonra forvard heç cür formasını bərpa edə bilmirdi. Uzun zamandır ki, Aubameyanq qol vurmurdu. Nəhayət ki, o, qolunu vurdu. “Arsenal”ın vəziyyəti dəyişməsini çox istəyərdim”.

 

Xəbər xətti