"Barselona" Kumanı istefaya göndərir?

16:31 - 16 Sentyabr 2021

“Barselona”nın baş məşqçisi Ronald Kuman bu ayın sonunda istefaya göndərə bilər.

Sportal.az xəbər verir ki, Kataloniya klubunun prezidenti Xoan Laporta, Çempionlar Liqasının 1-ci turu çərçivəsində “Bavariya”ya 0:3 məğlub olduqları görüşdən sonra bu qərara gəlib. Belə ki, klub prezidenti məğlubiyyətdən savayı komandasının zəif oyunundan narazılıq edib.

Sentyabrda “Barselona” İspaniya Primerosunda “Qranada”, “Kadis”, “Levante”, Çempionlar Liqasının 2-ci turu çərçivəsində isə “Benfika”ya qarşı oynayacaq. Əgər klub bu matçlardan uğurlu nəticə ilə ayrıla bilməzsə, Kuman istefaya göndəriləcək.

Niderlandlı mütəxəssisin klubla müqaviləsi 2022-ci ildə başa çatacaq. 

Xəbər xətti