Bakıda yeni futbol meydançası istifadə verildi - FOTOLAR

Sentyabrın 16-da Bakının Yasamal rayonunda Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə inşa olunmuş daha bir futbol meydançasının açılışı olub.

Sportal.az xəbər verir ki, Nərimanov prospekti 54/27 ünvanında tikilən süni ot örtüklü stadionun uzunluğu 24, eni 12 metrdir. Stadion 5 metrlik hasarla əhatələnib.

Meydança Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ərsəyə gəlib. Ətrafdakı abadlıq işlərini Yasamal Bələdiyyəsi görüb. Süni ot örtüyünü AFFA təqdim edib.

Açılış mərasimində Yasamal RİH-nin başçısı Elşad Həsənov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, MM-in deputatı E.Allahverdiyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, bundan əvvəl daha bir belə meydança Bakının məşhur 5 mərtəbəsinin həyətində inşa olunmuşdu. 17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı E.Allahverdiyevin sözlərinə görə, hər iki meydançanın inşası seçicilərin istəyi ilə ərsəyə gəlib: “Ümid edirəm ki, bu meydançalar futbola marağın artması, gələcək futbolçuların yetişməsi istiqamətində bir stimul olacaq”.


Tarix: 16 Sentyabr [16:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2021
19  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio