“Traxtor” Asiya Çempionlar Liqasında çıxışına davam etmək üçün “Əl-Nasr”la oynayırdıq. Amma Qətərdəki görüşdə uduzduq. Əslində mən də ora gedəcəkdim, sadəcə zədə səbəbindən Qətərə yollana bilmədim. Yəqin ki, 2-3 həftə sonra qayıdacam”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Traxtor”un müdafiəçisi Peyman Keşavarz deyib.
Azərbaycanda öncə “Sumqayıt”la müqavilə bağlayan sonradan “Səbail”də çıxış edən futbolçu ölkəmizi tərk etdikdən sonra “Traxtor”la müqavilə imzalamışdı. O, Azərbaycan Premyer Liqası ilə İran yüksək liqasını müqayisə edib: “Əslində Azərbaycan və İran çempionatları arasında fərq yoxdu. Hər 2 liqa da güclüdü, yaxşı səviyyədədi. Əslində mənim üçün fərqi yoxdu İranda oynadım, yoxsa Azərbaycan çempionatında. Əslində yenidən Azərbaycana qayıda bilərdim. Çünki Premyer Liqada mübarizə aparan 2-3 klubdan təklif almışdım. Lakin “Traktor”da şəraitim, işlərim yaxşı getdiyinə görə burada qaldım. Düzü, hələ Azərbaycan çempionatına qayıtmaq fikrim yoxdu. Üstəlik klubumla müqaviləm də var. Ancaq gələcək illərdə Azərbaycana qayıdacağıma şübhəm yoxdu”.
Keşavarz, son vaxtlar “Traktor”un maddi problemlər yaşadığı ilə bağlı yazılan xəbərlərin doğru olduğunu bildirib. Amma onun dediyinə görə böyük azarkeş kütləsinə sahib olan klubun problemləri geridə qoymasından söz açıb: “Doğrudu, problemlər var idi. O da prezident məsələsilə bağlı idi. Ancaq həmin problem də həll olunur, hər şey düzəlir. Gələcəkdə isə hər şey daha yaxşı olacaq”.
Futbolçu Azərbaycan millisində oynamaq istəyində olduğunu da gizlətməyib: “Azərbaycan milli komandasında oynamaq istəyərəm. Əslində mənim üçün İran və Azərbaycan millisi arasında böyük fərq yoxdu. Əgər təklif olarsa, Azərbaycan millisində oynayaram. Ancaq təklif gəlməyib. Dediyim kimi təklif gələrsə, məmmuniyyətlə qəbul edib Azərbaycan millisinə kömək edərəm”.