"Qurban Qurbanov Lüsyen Favr və Ottmar Hittsfeld səviyyəsində mütəxəssisdi"

“Bazel”ə Bakıda xal almaq heç də asan olmayacaq”.

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq isveçrəli hücumçusu İnnosent Emeqara ölkəsinin “bluewin.ch" nəşrinə açıqlamasında deyib.

O, Konfrans Liqasının qrup mərhələsinin ilk turunda bu gün “Qarabağ”ın “Bazel”lə (İsveçrə) oyunu öncəsi fikirlərini bölüşüb:

"Qarabağ" hər il avrokubokların qrup mərhələsində çıxış edir. Bu, çox yaxşı və peşakər idarə olunan klubdur. "Qarabağ"ın uğurlarında baş məşqçi Qurban Qurbanovun böyük rolu var. O, Lüsyen Favr və Ottmar Hittsfeld səviyyəsində mütəxəssisdir. Qurbanov Avropada top-klubda işləyə, "Qarabağ" isə İsveçrə çempion ola bilərdi".

​Xatırladaq ki, Emeqara 2014-cü ildə, həmçinin 2018/2019 mövsümündə "Qarabağ"ın formasını geyinib.

Tarix: 16 Sentyabr [19:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2021
19  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio