“Sabah” bir neçə gün öncə Serbiya millisinin sabiq forvardı Petar Şkuletiçi heyətinə qatdı.
Sportal.az saytının məlumatına görə, 31 yaşlı forvardın Azərbaycanda müqavilə imzalaya biləcəyi tək komanda “Sabah” olmayıb. Belə ki, hücumçu ölkə çempionatının son qalibi “Neftçi”yə də təklif edilib.
Ancaq onun paytaxt klubuna keçidi baş tutmayıb. “Neftçi”dən savayı isə onun Rusiya Premyer Liqasında yarışan “Ufa”ya keçmək variantı da yüksək olub. Sadəcə Şkuletiç ən sonda “Sabah”la müqavilə imzalayıb.
Ötən mövsümü “Sivasspor”da icarə əsasında keçirən forvard “Partizan”, “Lokomotiv”(Moskva), “Gənclərbirliyi” klublarında çıxış edib. O, son mövsümə qədər “Monpelye”yə məxsus olub. Forvard Fransa klubunda 2018-2021-ci illərdə çıxış edib və 52 oyuna 3 qol vurub.