"Qarabağ" və "Neftçi"nin avrokuboklardan qazancı açıqlandı

14:22 - 17 Sentyabr 2021

 “Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan maliyyə vəsaiti ayrılıb.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb.

 

“Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışı səbəbindən 1 milyon 210 min avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 milyon  avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlinə görə 934 min 500 avro əldə edib.

Xəbər xətti