Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportlal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın III turunun “Keşlə” – “Zirə” oyununda matçın 28-ci dəqiqəsində “Keşlə” klubunun 9 nömrəli futbolçusu Abanq Anatole “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır klub 2400 manat cərimə olunur.
III turun “Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
III turunun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. Hər iki kluba ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi barəsində xəbərdarlıq edilsin.
saytlarin hazirlanmasi