"Nyukasl"da qeyri-stabil nəticələrlə yadda qalan Stiv Brüys istefa verməyəcəyini açıqlayıb.
Sportal.az xəbər verir ki, 60 yaşlı ingilis mütəxəssis bu qərarına görə ailəsinin ona xəstə kimi baxdığını deyib:
"Ailəm xəstə olduğumu düşünməyə başlayıb. Mən çətinliklər zamanı ruhdan düşüb istefa verməyi xoşlamıram. Özümə "Stiv, təzyiq çoxdur, getməlisən", - demirəm. "Nyukasl" yaxşı yerlərə layiq komandadır və bunu bacarmaq istəyirik".
Brüs 2019-cu ildən "sağsağanlar"ı çalışdırır.
saytlarin hazirlanmasi