"Qəbələ"də ciddi itki

19:04 - 18 Sentyabr 2021

Premyer Liqanın 4-cü turunda "Səbail"i evdə darmadağın edən (5:0) "Qəbələ" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın hücumameyilli yarımmüdafiəçisi Yaovi Akakpo 50-ci dəqiqədə zədələnib. Toqolu futbolçu oyunu davam etdirə bilməyib və əvəz edilib.

 

Akakpo bu mövsüm 2 qol vurub.

Xəbər xətti