Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

11:38 - 19 Sentyabr 2021

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz Naxçıvan”ın yer aldığı 6-cı qrupun oyunlarının təqvimi açıqlanıb.

Sportal.az xəbər verir ki, bu haqda Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qrupun oyunların oktyabrın 28-də, 29-da və 31-də keçiriləcək. Təmsilçimiz ilk matçda “Uraqan İvano – Frankivsk” (Ukrayna) klubu ilə üz-üzə gələcək.

 

Ertəsi gün  “Yunayted Qalati” (Rumıniya) komandası ilə qarşılaşacaq Azərbaycan çempionu sonda “Liqeni” (Kosovo) ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qrupun oyunları Ukraynada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.

Xəbər xətti