Türkiyəli mütəxəssis, “Neftçi” və “Qarabağ” klublarında çalışmış Mehmet Ak Sportal.az saytına açıqlama verib. Ötən mövsüm Türkiyə 1-ci divizionun da “Ankaraspor”u çalışdırmış Ak Namiq Ələsgərovun “Bursaspor”dakı çıxışını dəyərləndirib.
Onun sözlərinə görə, Bursa klubunda baş məşqçi dəyişikliyi millimizin forvardına o qədər də çox təsir etməyəcək: “Namiqin yaxşı futbolçu olduğunu, Türkiyədə özünü göstərə biləcəyini sizə demişdim. O, “Bursaspor”da fərq yaratmağa davam edir.
Doğrudu, Fatih Tekke getdi, Tamer Tuna gəldi. Ancaq məncə, baş məşqçi dəyişikliyinin Namiqə o qədər də çox təsiri olmayacaq. Çünki Namiq özü istedadlı oyunçudu, kim gələrsə, ona şans verəcək. Sadəcə ola bilər ki, yeni baş məşqçi və onun gətirəcəyi oyun sisteminə öyrəşmək üçün zamana ehtiyac olsun. Bunlar da yoluna düşəcək məsələlərdi.
“Bursaspor”la “Samsunspor”un oyununu izlədim. Namiq meydana sonradan daxil oldu, çox əla işlər gördü. İnanıram ki, onun üçün hər şey yaxşı olacaq. Allah qoysa, o, adından söz etdirməyə davam edəcək, komandası Superliqaya yüksələr, Namiq də “4 böyük”dən birinə keçər”.
Akın sözlərinə görə o, Namiqin baş məşqçisi təyin oluna bilərmiş: “Bəli, “Bursaspor”a baş məşqçi yollanmaq məsələm var idi. Sadəcə alınmadı”.
saytlarin hazirlanmasi