"Liverpul"da 3 ciddi itki

15:53 - 20 Sentyabr 2021

İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itkilər baş verib.

 

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin yarımmüdafiəçisi Tiaqo Alkantara Premyer Liqanın 4-cü turunun "Kristal Pelas"la oyununda (3:0) zədələnib. Baldırından xəsarət alan ispaniyalı futbolçu İngiltərə kubokunda "Norviç"lə, Premyer Liqada isə "Brentford"la oyunda komandasına kömək edə bilməyəcək.

 

Sağ cinah müdafiəçisi Trent Aleksandr-Arnold və hücumçu Roberto Firmino da koubok oyununda meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, "Liverpul" 5 turdan sonra 13 xalla İngiltərə Premyer Liqasında 2-ci pillədədi.

Xəbər xətti