Vüsal penaltini qaçırdı, komandası uduzdu

00:29 - 21 Sentyabr 2021

Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” səfərdə “Balıkəsirspor”la qarşılaşıb və uduzub - 1:2.

 

Vüsal start heyətində meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. O, qarşılaşmanın 27-ci dəqiqəsində penaltidən yararlana bilməyib.

 

“Keçiörengücü” 4 xalla 19 komanda arasında sonuncudur.

Xəbər xətti