De Xea 7 illik həsrətə son qoydu

00:38 - 21 Sentyabr 2021

İngiltərə Premyer Liqasının 5-ci turunda keçirilən “Vest Hem” - “Mançester Yunayted” matçı (1:2) qonaqların qapıçısı David de Xea üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, ispaniyalı qapıçı qarşılaşmanın 90+4-cü dəqiqəsində London təmsilçisinin yarımmüdafiəçisi Mark Noblun penaltisini dəf edib.

 

Bununla da, De Xea 7 ildən sonra Premyer Liqada penaltini zərərsizləşdirib.O, sonuncu dəfə 2014-cü ildə "Everton"la görüşdə bunu bacarmışdı.

Xəbər xətti