Azərbaycan millisinin çalışdırıcısı biabırçı məğlubiyyət haqda nə dedi?

10:07 - 22 Sentyabr 2021

Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov matç haqda danışıb.

Sportal.az xəbər verir ki, AÇ-2023-ün seçm mərhələsi çərçivəsində Danimarkaya 0:8 uduzan yığmanın çalışdırıcısı federasiyanın rəsmi saytına bunları danışıb:

​"Çətin oyun olacağını bilirdik. Rəqibin gücü hamıya bəllidir, qrupda keçirdiyi ilk oyunda böyükhesablı qələbə qazanmışdı. Xüsusən, fiziki cəhətdən güclü komandadır. Eyni zamanda hava toplarından daha çox istifadə edirdilər. Nəticədə bu üstünlüklərindən istifadə edib qələbə qazanmağı bacardılar. Bu cür oyunlardan sonra futbolçuları digər oyunlara kökləmək çətindir. İlk iki oyunumuz qrupun lider komandalarına qarşı oldu. Bu oyunlardan nəticə çıxarıb digər rəqiblərlə oyunlara köklənməliyik”.

Xəbər xətti