FİFA bu millini cəzalandırdı

10:20 - 22 Sentyabr 2021

FİFA-nın İntizam Komitəsi Macarıstan milli komandasına cəza kəsib.

Sportal.az xəbər verir ki, buna səbəb DÇ-2022-nin seçmə mərhələsinin İngiltərəyə qarşı ev oyununda fanatların rəqib futbolçularına qarşı irqçi davranışlarıdı.

Belə ki, macarlar növbəti 2 ev oyununu azarkeşsiz keçirəcək. Əslində 2-ci oyun şərti qərardı. Belə hal təkrarlanarsa, 1 oyunluq cəza qərarı avtomatik olaraq qüvvəyə minəcək. Bundan başqa, Macarıstan Futbol İttifaqı 200 000 İsveçrə frankı məbləğində cərimələnib.

Xatırladaq ki, macar azarkeşlər Budapeştdə İngiltərəyə qarşı keçirilən matç zamanı Rəhim Sterlinq və Cud Bellingemə qarşı irqçi şüarlar səsləndirmişdi. 

Xəbər xətti