İngilis futbolçu "Mançester Yunayted"dən ayrılmağa hazırlaşır

10:47 - 22 Sentyabr 2021

“Mançester Yunayted”in qapıçısı Din Henderson komandanı tərk edə bilər.

Sportal.az xəbər verir ki, 24 yaşlı qolkiperin bu mövsüm “qırmızı şeytanlar”ın əsas qapıçısı olacağı gözlənilsə də, yenidən üstünlük David De Xeaya verilib.

Henderson isə bu komandada oynamaq şansı tapmadığına görə qışda başqa kluba icarəyə yollanmaq istəyir. "Mançester Yunayted" 24 yaşlı qapıçını saxlamaq üçün ona da şans veriləcəyini bildirsə də, kiper komandanı tərk etməkdə israrlıdı. 

Xəbər xətti