Ölkənin vitse-prezidenti futbol matçında 54 dəqiqə oynadı

11:30 - 22 Sentyabr 2021

Surinamının 60 yaşlı vitse-prezidenti Ronni Bryunsviyk CONCACAF Liqasında matça çıxıb.

 

Sportal.az xəbər verir ki, dövlət rəsmisi sahibi və kapitanı olduğu “İnter Munqotapu”nun heyətində Hondurasın “Olimpia” klubuna qarşı forma geyinib.

 

Matça start heyətdə başlayan keçmiş üsyançı lider 54-cü dəqiqədə oğlu Damianla əvəzlənib. Görüş rəqibin 0:6 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti