AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqası turnirindəki təmsilçimiz “Qəbələ”nin turnirin I mərhələsində Niderlandın “Alkmar” komandasına qarşı keçirəcəyi oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, sentyabrın 29-da, saat 17:00-da, Qəbələ şəhər stadonunda təşkil olunacaq qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
saytlarin hazirlanmasi