“Çelsi” aparıcı oyunçularını komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, London təmsilçisi Nqolo Kante, Meyson Maunt və Jorjinyo ilə müqaviləni yeniləmək niyyətindədi.
Andreas Kristensen və Antonio Rüdigerlə yeni müqavilə şərtlərində razılıq əldə edən “zadəganlar” adıçəkilən 3 futbolçu ilə də müqaviləni yeniləmək niyyətindədi.