"Penalti zərbəsi zamanı heç bir həyəcanım yox idi. Bilirsiz, hazırda komanda sonuncu pillədədi. Ola bilər bəlkə də komandanın qərarlaşdığı mövqenin həyəcanı var idi. Amma belədə, yəni zərbəni vurmaqla bağlı tərəddüdüm və ya hansısa gərginliyim yox idi. Heyf ki, dəqiq istifadə edə bilmədim”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Ankara Keçiörəngücü”nün futbolçusu Vüsal İsgəndərli deyib.
Türkiyə 1-ci divizionun 6-cı turunda “Balıkəsirspor”la (1:2) matçda özü qazandığı penaltini yerinə yetirə bilməyən İsgəndərli komandasının son pillədə qərarlaşmasından danışıb. O, komandanın bu durumdan çıxacağına inandığını dilə gətirib:
“Təəssüf ki, Balıkəsir səfərindən də məğlubiyyətlə döndük. Halbuki yaxşı futbol oynamışdıq. Hələ ki, cəmi 6 tur oynanılıb. Daha çox çalışmaq lazımdı. İnanıram ki, birlikdə komanda bu durumdan çıxacaq”.
saytlarin hazirlanmasi