Portuqaliyaya çempionluq qazandıran futbolçu ərəb klubunda

15:09 - 22 Sentyabr 2021

Portuqaliya millisinin sabiq futbolçusu Eder Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayacaq.

Sportal.az xəbər verir ki, O, “Əl Raed”la müqavilə imzalamaq üçün tibbi müayinədən keçəcək. Əgər ortaya problem çıxmasa, 33 yaşlı hücumçu ilə müqavilə imzalanılacaq. 

“Braqa”, “Suonsi”, “Lill”, “Lokomotiv” klublarında çıxış etmiş forvard 2016-cı il Avropa çempionatının finalında Fransaya qol vurmaqla Portuqaliya millisinə çempionluq qazandırmışdı.

 

Xəbər xətti