Rusiya Premyer Liqasının azərbaycanlı futbolçusu: "Qarabağ" məni istəyirdi, bu komandaya böyük simpatiyam var"

15:36 - 22 Sentyabr 2021

"Rusiyadakı işlərim yaxşı gedir. Oyun dəqiqələrim çoxalır. Tez-tez rotasiyalar olur deyə, hamımız oynayırıq. Amma "Ufa"da özümü yaxşı hiss edirəm. Çalışıram ki, nə zaman oynayıramsa komandaya xeyir verim".

Bu sözləri Sportal.az saytına açıqlamasında Rusiya Premyer Liqasında yarışan "Ufa"nın əslən azərbaycanlı olan futbolçusu Ruslan Fişenko deyib. Atası Azərbaycandan olan Ruslan "Qarabağ"ın transfer siyahısında yer aldığını gizlətməyib: "Doğrudu, “Qarabağ” məni istəyirdi. Sadəcə bunu "transfer pəncərəsi"nin sonunda bildim.

Bunu yaxşı düşünmək lazımdı. Sadəcə tez bir zamanda qərar verə bilmərəm. Rusiyada işlərim hələ ki, yaxşı gedir. Əslində “Qarabağ”ın mənə nə təklif edəcəyini bilmirəm. Sadəcə bu komandaya böyük simpatiyam var. Yaxşı komandadı. Necə olacağını gələcəkdə görəcəyik".

Xəbər xətti