"Hanza" və "Ayntraxt"ın sabiq futbolçusu Azərbaycanın birinci divizionunda oynayacaq

17:08 - 22 Sentyabr 2021

"Qaradağ Lökbatan" Almaniya futbolunun yetirməsi olan futbolçunu heyətinə qatıb.

Sportal.az xəbər verir ki, birinci divizion təmsilçisi "Maqdeburq"un yetirməsi olan Fabian Zittlaunu transfer edib.

Sol cinah müdafiəçisi kimi çıxış edən Almaniya vətəndaşı karyerası ərzində “Hanza”, “Ayntraxt Trier”, “İnterblok” klublarında oynayıb. Onun son komandası 6-cı liqada çıxış edən “Borussiya Lindental-Hohenlind” klubunda oynayıb.

Futbolçunun adı artıq PFL-də iştirak ərizəsinə də daxil edilib.

Xəbər xətti