Anton Krivotsyukun komandası mübarizəni dayandırdı

10:10 - 23 Sentyabr 2021

Millimizin futbolçusu Anton Krivotsyukun şərəfini qoruduğu “Visla” (Plotsk)  Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.

Sportal.az xəbər verir ki, komanda  aşağı liqa təmsilçisi “Korona” ilə qarşılaşıb. 120 dəqiqə olan  matçda "Visla" 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

​Krivotsyuk da bu görüşdə iştirak edib. 23 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 107-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Xəbər xətti