Orxan 90 dəqiqə oynadı, komandası 4 qolla qalib gəldi

11:26 - 23 Sentyabr 2021

Futbol üzrə Moldova çempionatında 11-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” səfərdə “Balti” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 4:2 hesablı qələbə ilə ayrılıb.

 

Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

Keçirdiyi 11 oyunda 14 xal toplayan “Dinamo-Avto” 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti