"Qarabağ"ın rəqibi "Liverpul"un futbolçusunu istəyir

14:54 - 23 Sentyabr 2021

“Liverpul”un futbolçusu Loris Karius qışda klubu tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, Yurgen Kloppun heyətdə düşünmədiyi almaniyalı qapıçı Mersisayd təmsilçisindən ayrılmaq niyyətindədir.

 

28 yaşlı qolkiperlə Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan “Bazel” yaxından maraqlanır. İsveçrəlilər təcrüəbəli "əlcək sahibi"ni qışda heyətinə cəlb etməyə çalışacaq. 

 

Qeyd edək ki, Loris Karius son mövsümü icarə əsasında "Yunion Berlin" klubunda keçirib.

Xəbər xətti