Lionel Messi 2 oyunu buraxacaq

15:54 - 23 Sentyabr 2021

PSJ-nin futbolçusu Lionel Messi qarşıda 2 oyunu buraxmalı olacaq.

Sportal.az xəbər verir ki, argentinalı zədə səbəbindən sentyabrın 25-də “Monpelye” və 28-də “Mançester Siti”nə qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.

4 gün öncə “Lion”a (2:1) qarşı keçirilmiş oyunda zədələnən Messi matçı yarımçıq başa vurub.

Bu səbəbdən Paris təmsilçisi dünən “Metz”ə ( 2:1) qarşı keçirilmiş oyunda Messinin xidmətindən istifadə edə bilməyib. 

Xəbər xətti