"Qəbələ" 4000 manat cərimələndi

15:42 - 23 Sentyabr 2021

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün baş tutan iclasda aşağıdakı qərarlar qəbul edilib:
 

Premyer Liqanın IV turunun “Qəbələ” – “Səbail” oyunu gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunur;

 

“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

 

“Səbail” klubunun 77 nömrəli futbolçusu Ədilxan Qarəhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

Xəbər xətti