"Sumqayıt" - "Qəbələ": 37-ci duel

Bu həftə Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, turun son günündə meydana çıxacaq “Qəbələ” Sumqayıtda eyniadlı komanda ilə qarşılaşacaq.

 

Sentyabrın 26-da baş tutacaq matç “Kapital Bank Arena”da təşkil olunacaq.

 

Bu, “qırmızı-qaralar”ın “Sumqayıt”la 37-ci dueli kimi tarixə düşəcək. İndiyədək iki komanda arasında 36 qarşılaşma keçirilib.

 

Əvvəlki oyunlarda “Qəbələ” böyük üstünlüyə malikdir. Aktivində 21 qələbə olan “Qəbələ” 10 heç-heçə edib və yalnız 5 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 57:27. “Qırmızı-qaralar”ın heyətində “Sumqayıt”a ən çox qol vuran futbolçu Viktor Mendidir. Onun hesabında 7 top var.

 

Premyer Liqa çərçivəsində baş tutan 35 görüşdə 20 dəfə üç xal qazanan “Qəbələ” 10 sülhə nail olub. “Sumqayıt” isə 5 dəfə qalib gəlib. Çempionatdakı top fərqi 56-27-dir.

 

Səfər matçlarında da üstünlüyə malik olan “qırmızı-qaralar” rəqib meydanındakı 17 oyun 7 dəfə qalib gəlib. 6 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri üç xala seviniblər. Səfərdə 23 top vuran “Qəbələ” futbolçuları 17 top buraxıblar.

 

Sentyabrın 26-da keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçına saat 19:15-də start veriləcək.

Tarix: 25 Sentyabr [01:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Oktyabr 2021
24  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio